Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Rusiya Müdafiə Nazirliyi: “Sükut rejimi tətbiq edilib və humanitar dəhlizlər açılıb”

Rusiya tərəfi Bakı vaxtı ilə saat 11:00-dan etibarən sükut rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Mülki əhalinin yaşayış məntəqələrindən təhlükəsiz şəkildə təxliyəsi üçün bu gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi tətbiq edilir və Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılır”, – o deyib.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …