Cümə , 9 Yanvar 2026
Drone Cameras

Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib

Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Lukoyl” və “Rosneft”i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib.

“Xəzər Boru Kəməri Konsorsiumu”, “TengizChevroil”, “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Boru Kəməri” (Bakı-Tiflis-Ərzurum), “Azerbaijan Gas Supply Company” və “Qaraçaqanak” layihələri 14 oktyabr 2027-ci il tarixinədək sanksiyalardan azad edilib.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …