Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya Odessaya dronlarla hücum edib, enerji və nəqliyyat obyektlərinə zərər vurub

Rusiya qüvvələri noyabrın 11-i gecə saatlarında Ukraynanın cənubuna yenidən zərbə dronları ilə hücum edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Odessa vilayəti dövlət administrasiyasına və Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Yeni hücumların hədəfi Odessa vilayətinin infrastruktur obyektləri olub.

Bildirilib ki, hücum nəticəsində mülki enerji və nəqliyyat obyektlərinə ziyan dəyib.

Bir neçə enerji müəssisəsində yanğınlar baş verib, xilasedicilər tərəfindən söndürülüb. Həmçinin “Ukrzaliznıtsi” deposunda və inzibati binalarda dağıntılar qeydə alınıb.

İlkin məlumatlara görə, bir nəfər yaralanıb.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …