Cümə , 6 Mart 2026
Drone Cameras

Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində həmin vaxt avtomobillə hərəkət edən Dövlət Meşə Təsərrüfatı Agentliyinin əməkdaşları həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram səhifəsində bildirilib.

Məlumata görə, gün ərzində Ukrayna regionunda 101 partlayış qeydə alınıb. Xotin, Miropolskaya, Belopolskaya, Znob-Novqorodskaya, Seredino-Budskaya, Esmanskaya, Novoslobodskaya və Velikopisarevskaya icmaları atəşə tutulub.

“Belopolye şəhərindəki uşaq evinə – internat məktəbinə artilleriya zərbələri endirilib. Orada olan 135 uşağın həyatı üçün böyük təhlükə var idi. İnternat işçiləri və xilasedicilər uşaqları təxliyə ediblər”, – Sumı hərbi vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …