Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya prezidenti Vladimir Putin Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (Yeni START) dayandırılması haqqında fərman imzalayıb

Azaldılma Sazişinin (Yeni START) Rusiya tərəfindən bu yaxınlarda dayandırıldığı açıqlandı.

Boyukmillet.com hurriyet.com-a istinadən xəbər verir ki, yeni START-ın fəaliyyətinin dayandırıldığını elan edən Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin aşağı və yuxarı palatasının təsdiqindən sonra imzaladığı fərmanla müqavilənin dayandırılmasını rəsmən təsdiqləyib.

“ABŞ bu fəaliyyət sahəsində müqavilə üzrə öhdəliklərini bilərəkdən yerinə yetirmir”, – Kremlin İnformasiya Xidmətinin bəyanatında deyilir. AVROPA ŞURASI İLƏ İMZALANAN MÜQAVİLƏLƏR DƏ RƏSMİ OLARAQ DAYANDIRILIR Putin də imzaladığı digər fərmanla Avropa Şurası ilə imzalanmış müqavilələrin dayandırılmasını təsdiqləyib.

Qərarla, Avropa Şurası və Avropa Şurasının Nizamnaməsi, Avropa Şurasının Güzəştlər və İmmunitetlər haqqında Baş Saziş, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya, Avropa Konvensiyası kimi beynəlxalq müqavilələr Terrorun qarşısının alınması, Avropa Sosial Xartiyası, Avropa Yerli Özünüidarəetmə Xartiyası dayandırılıb.

Tərcümə etdi: Mətin İmanzadə

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …