Çərşənbə , 8 May 2024
Drone Cameras

Rusiya sülhməramlıları Kəlbəcərə 80 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 15 “KamAZ” markalı hərbi avtomobili və yükü müşayiət edən maşınlardan ibarət kolonna Xankəndi – Suqovuşan – Kəlbəcər marşrutu üzrə Kəlbəcər rayonuna 80ton yük çatdırıb (elektrik avadanlığı, tikinti avadanlığı və materialları).

Nazirlik indiyədək 600ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

“Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib” – Müdafiə Nazirliyindən bildirilib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …