RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi kadrlar yayıb.
Kadrlarda Rusiya sülhməramlılarının Şuşa-Turşsu yolunu minalardan təmizləməsi əks olunub.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda təxminən 1150 partlayıcı obyekt zərərsizləşdirib. Ümumilikdə təxminən 50 hektar ərazi təmizlənib.