Cümə , 19 Aprel 2024
Drone Cameras

Rusiya təkləndi: ABŞ və İngiltərədən Ədoğana dəstək

BMT Təhükəsizlik Şurası Suriyanın şimal qərbində yerləşən İdlibdə yaranan gərgin durum və silahlı qarşıdurmaları müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, Təhlükəsizlik Şurası İdlib məsələsində Türkiyəyə tam dəstəyini ifadə edib.

ABŞ-ın Təhlükəsizlik Şurasındakı təmsilçisi Kelli Krafi çıxışı zamanı İdlibə Əsəd rejimi, Hizbullah və Rusiyanın davam edən hücumunu barbarlıq və haqsızlıq kimi qiymətləndirib.

İdlib nümunəsində nə atəşkəs, nə də siyasi həll mövzusunda Rusiya və Əsədə etibarın tükəndiyini, Astana razılaşmasına artıq inanmadıqlarını bildirən Krafi BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinə atəşkəsin əldə edilməsi haqda müraciət edib.

ABŞ diplomatı İdlibdə türk müşahidə postuna hücumu da tənqid edib: “ABŞ türk əsgərlərinin ölümünə səbəb olan Əsəd rejiminin türk postlarına haqsız hücumu qarşısında NATO müttəfiqi Türkiyənin qanuni müdafiə haqqını tanıyır və dəstəkləyir”.

İngiltərənin Təhlükəsizlik Şurasındakı daimi təmsilçisi Karen Pirs də İdlibdə kabus yaşandığını bəyan edib: “Türkiyə İdlibdə sülh əldə etmək və milyonlarla insanın qaçqın düşməsini əngəlləmək üçün cəhdlər göstərir. Ancaq Suriya tərəfinin bunu görməzdən gəldiyinə şahidik. Bir neçə dəfə atəşkəs elan olunduqdan iki gün sonra pozuldu. Artan gərginlik səbəbindən hazırda 3 milyondan çox suriyalı qaçqına sığınacaq verən Türkiyə üçün narahatıq”.

Rusiyanın Təhükəsizlik Şurasındakı təmsilçisi Vasiliy Nebenzya isə terrorçuların İdlibi ələ keçirdiyi və 2019-cu ilin sonunda 1400-dən çox terror hücumları təşkil etdiyini bildirib: “Suriya hökuməti torpaqlarına nəzarəti ynidən əldə etməyə çalışır”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …