Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub

Yapon dənizi bölgəsində Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada müəyyən edilmiş hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Boyukmillet.com “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən bildirilib.

Təyyarələr yerli vaxtla saat 09:20 radələrində zonaya daxil olub və daha sonra oradan çıxıb. Ölkənin hava məkanı pozulmayıb. Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyəti olmadığını bildirib. Cənubi Koreya tərəfi buna cavab olaraq öz qırıcı təyyarələrini havaya qaldırıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …