Cümə , 13 Mart 2026
Drone Cameras

Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus teleqramda bildirib.

“Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, ilkin olaraq yeddi yaralı məlumdur, onlara lazımi yardım göstərilir”, – o yazıb.

Administrasiya sədri ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.

“İnzibati bina, kafe, yaşayış evləri və dinc sakinlərin avtomobillərinə ziyan dəyib”, – Çaus qeyd edib.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …