Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rusiya Ukraynanın silahlanmasından narahatdır

“Rəsmi Moskva Qərbin Kiyevə silah tədarükünü davam etdirməsindən narahatdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov CBS telekanalına müsahibəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Ukraynanın misli görünməmiş silahlanmasından narahatıq. Hər gün Kiyevə içərisində tank əleyhinə sistemləri, qumbaraatanları və atıcı silahları olan təyyarələr enir. Mövcud vəziyyətə aydınlıq gətirmək istərdim.

Rusiya ABŞ üçün təhlükə yaratmır, Ukraynanı təhdid etmir. Biz Vaşinqtonda və ya Kiyevdə sabitliyi pozmağa çalışmırıq. Amerikalılar və ukraynalılar bizim düşmənimiz deyil”, – səfir bildirib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …