Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Rusiya vətəndaşları səfərbərlikdən sonra kütləvi şəkildə Finlandiyaya gedir

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra çağırış yaşında olan daha çox kişi ölkəni tərk edərək Finlandiyaya getməyə başlayıb.

Boyukmillet.com “Pravda.com.ua”ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Yussi Tanner bildirib.

“Rusiyanı tərk etmək istəyinin olduğunu göstərən ərizələr çoxdur, lakin geri qayıtmaq üçün şərtlər yerinə yetirilmir. O zaman da viza verilməsi ilə bağlı qərar mənfi olur”, – o bildirib.

Y.Tanner əlavə edib ki, yaxın gələcəkdə Rusiyada qismən səfərbərlik tam fəaliyyətə başlayandan sonra ölkəni tərk etmək istəyən rusiyalıların sayı daha da artacaq.

Bəzi Aİ üzvlərinin milli təhlükəsizlik səbəbi ilə Rusiya vətəndaşlarına turist vizaları verməməsinə baxmayaraq, Finlandiya bu proseduru dayandırmayıb. Eyni zamanda, Finlandiya müxalifəti hökumətdən son hadisələr fonunda rusiyalıların ölkəyə girişinə məhdudiyyətlər tətbiqi barədə dərhal qərar verilməsini tələb edir.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …