Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rusiya xarici işlər nazirinin müavini Azərbaycanın səfiri ilə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Anatoli Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in məbuat xidməti məlumat yayıb.

“Görüşdə bu il fevralın 22-si Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında bəyannamənin müddəalarının yerinə yetirilməsi kontekstində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub”, – XİN-in məlumatında deyilir.

Görüşdə, həmçinin üçtərəfli bəyannamənin icrası ilə əlaqəli regional problemlərə toxunulub.

Check Also

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz …