Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rusiya XİN Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayıb

“Bu il fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova xatırladıb ki, 2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər geri qaytarılıb: “127 hərbi əsir Ermənistan tərəfinə, 19 nəfər isə Azərbaycan tərəfinə qaytarılıb. Təbii ki, biz münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün səy göstərməyi vacib hesab edirik”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …