Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

Rusiya XİN: “Hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür”

“Hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür”.

 Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümum-Avropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets deyib.

“Təmasların bərpası haqqında danışmaq mənasızdır. Ötən illər ərzində qurulan bütün əməkdaşlıqlar çoxdan aradan qalxıb” , – o bildirib.

O buna səbəb kimi rusiyalı diplomatların son illərdə Brüsseldən qovulmasını, Alyansın şərq sərhədlərində güclənməsini, NATO-ya üzv ölkələrin Ukraynaya hərbi yardımını göstərib.

Check Also

Ərdoğan: Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti …