Bazar , 19 Yanvar 2025
Drone Cameras

Rusiyada antiterror əməliyyatı: Azərbaycan vətəndaşı ÖLDÜRÜLDÜ

Rusiyada antiterror əməliyyatında ölənlərin biri Azərbaycan vətəndaşıdır. Rusiyanın Yekaterinburq şəhərində aprelin 30-da keçirilən antiterror əməliyyatında 3 nəfər öldürülmüşdü.

Rusiya KİV-nin xəbərinə görə, yalnız indi ölən şəxslərin milliyəti məlum olub. Öldürülən 3 şəxsən biri – Denis Əmiraslanovun Azərbaycan vətəndaşı olduğu bildirilir.

Əmiraslanovun Yekaterinburqun Ryabinina küçəsində həyat yoldaşı ilə birlikdə yaşadığı məlum olub. Mənzildən axtarış zamanı dini-ekstremis cərəyana məxsus ədəbiyyat da müsadirə edilib. Öldürülən şəxsin xanımı isə ərinin terrorçu yaxud ekstremist fəaliyyətlə məşğul olmasından xəbərsiz olduğuun əlavə edib.

23 yaşlı Denis Əmiraslanovun 2016-cı ildə Rusuyaya köçdüyü və Azərbaycaqn pasportuna malik olması məlum olub. Onunla birlikdə İslamı yenicə qəbul etmiş etnik rus Aleksandr Yeqorov və Yuri Qennadiyeviç adlı şəxslər olub.

Rusiya Milli Antiterror Komitəsi aprelin 30-da Yekateruinburq yaxınlığında yerləşən Çkalovsk rayonunda baş tutan əməliyyat zamanı 3 İŞİD tərəfdarının öldürüldüyünü elan etmişdi. Onkların Qələbə günü Yekaterinburqun mərkəzində və şəhərdəki hərbi hissələrdən birində partlayış planlaşdırdıqları açıqlanmışdı.

Check Also

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli …