Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyanın Petrozavodsk şəhərində Azərbaycan vətəndaşı qonşusu tərəfindən qətlə yetirilib.

Boyukmillet.com “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, polis artıq həmvətənimizi öldürməkdə şübhəli bilinən 56 yaşlı iş adamını saxlayıb.

Qeyd olunur ki, Azərbaycan vətəndaşı ilə mübahisədən sonra şübhəli 56 yaşlı iş adamı Yevgeni Yablokov onu silahla vurub və nəticədə həmvətənimiz yerindəcə ölüb. Şübhəli şəxs qaçıb gizlənsə də, polis onu saxlayıb. Müəyyən edilib ki, Y.Yablokov Azərbaycan vətəndaşı ilə qonşu olub. Yerli biznes cəmiyyətində isə onun psixi xəstəlikdən əziyyət çəkdiyi vurğulanıb.

Hazırda hadisənin başvermə şəraiti, eləcə də cinayətin motivi araşdırılır. Zəruri məhkəmə ekspertizaları təyin edilib, cinayət işinin istintaqı davam edir.  /Report/

Check Also

21 yaşlı Rəşad anasına 57 bıçaq zərbəsi vurub- “Qonşular məni görüb, evə qaçdı” -TƏFƏRRÜAT

Mingəçevirdə 45 yaşlı Natella Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Çıraqov tərəfindən xüsusi amansızlıqla qətlə …