Cümə , 30 Yanvar 2026
Drone Cameras

Rusiyada Bülbülün yaradıcılığına həsr olunmuş sərgi keçirilib

Rusiyanın paytaxtı Moskvada Azərbaycan opera müğənnisi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş “Azərbaycan bülbülü” sərgisi keçirilib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

“Bülbülün yaradıcılıq irsi Azərbaycan və Rusiyanı birləşdirir, iki ölkənin xalqlarını mənəvi cəhətdən yaxınlaşdırır”, – Polad Bülbüloğlu sərginin açılış mərasimində deyib.

Qeyd edək ki, sərgi Rusiya Milli Musiqi Muzeyində açılıb. Sərgidə məşhur sovet opera tenorunun həyat və yaradıcılığına dair 200-dən çox material təqdim olunub.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …