Cümə , 15 Noyabr 2024
Drone Cameras

Rusiyada koronavirusu məhv edən preparat xəstəxanalara göndərildi 

Yeni tapılan “Avifavir” 50 xəstədən 49-nu sağaldıb 

Rusiyanın 7 regionunun xəstəxanalarına koronavirusa qarşı “Avifavir” adlı preparat istifadə edilməyə başlayıb. Preparatın kimlərin xəstəlikdən qurtulmasına kömək etməsi və necə təsir göstərməsi haqda Lomonosov adına Tibbi Elmi Mərkəzin Qəbul Şöbəsinin müdiri Anton Potapenko məlumat verib.  

“Demək olarmı ki, bizdə koronavirusun dərmanı tapılıb sualına” Anton Potapenkonun cavabı belə olub: 

– Bu istiqamətdə ilk cəhdlər artıq göz önündədir. “Avifavir” adlı preparat may ayından bizim klinikada sınaqdan keçirilir. Yoxlamalara 30 pasiyent cəlb olunub. Preparatı qəbul edən pasiyentlərdə müalicə kursu daha yüngül keçib, onları nəzərdə tutulandan daha tez evə yazmışıq. Yoxlamalar göstərir ki, preparatın qəbulundan 5 gün sonra koronavirus testi mənfi çıxır – orqanizmdə virus olmur. Bu preparat virus əleyhinədir, virusun orqanizmdə artmasını bloklayır, insan orqanizmində inkişafının qarşısını alır. 

Şöbə müdiri deyir ki, aprelin 26-da preparatın kliniki test olunmasına icazə verilib, mayın 1-dən isə çalışdığı klinikada istifadə ediməyə başlayıb: “İstifadə edilməyə başlayandan sonrakı 3-cü, 5-ci gün biz artıq yaxşı nəticələr əldə etməyə başladıq. Koronaviruslu xəstələrdə preparatın qəbulundan 3-5 gün sonra test nəticələri mənfi göstərdi. Preparat qəbul edilməyəndə xəstələrdə isə 10-14 gün virus inkişafda olur. 

“Preparat xəstəlikdən sonrakı ağırılaşmaların da qarşısını da alırmı” sualına şöbə müdirinin cavabı belə olub: “Pasiyentlər xəstəliyi daha yüngül keçirməklə yanaşı, onlarda koronavirus üçün xarakterik ağırlaşmalar da uyğun olaraq daha tez keçir. Preparatı qəbul etmiş 48 pasiyentdən 1 nəfərdə yuxarı tənəffüs yollarının çatışmazlığı kəskinləşərək reanimasiyaya yerləşdirilib. Həmin şəxsin yaşı kifayət qədər çox idi, müxtəlif yan xəstəlikləri var idi. Bu xəstədə ağırlaşmanın müşahidə edilməsi koronavirus fonunda əvvəldən əziyyət çəkdiyi xroniki xəstəliklərin rolu daha çox oldu”. 

“Avifavir” adlı preparat ərsəyə gətirənlər effektivlik dərəcəsini 80 faiz civarında qiymətləndirirlər. Bu preparatı xəstəliyin qarşısının alınmasında effektiv adlandırmaq olar” sualına şöbə müdiri tələsməməyi tövsiyə edib: “Hələlik preparatın istifadəsi ilə bağlı bilgilər o qədər də çox deyil. Konkret qənaətlərə gəlmək üçün preparatın istifadəsi kütləviləşməlidir. Digər tibbi mərkəzlərdən alınan məlumatlar təhlil edilməli, bundan sonra birmənalı fikir söylənilməlidir. Odan sonra demək olar ki, preparat effektivdir. Bu gün bizim klinikada preparatın tətbiqi ilə əlaqədar əldə olunan nəticələrə əsaslansaq, deyə bilərik ki, bəli, “Avifavir” effektivdir, xəstələrə koronavirusdan daha yüngül və qısa müddətə can qurtarmalarına imkan verir”. 

“Bəs preparatın insana daha yaxşı və ya daha pis təsir etməsi nədən asılıdır” sualına şöbə müdirinin cavabı belə olub: “Bu məsələdə kompleks faktorların rolu var: pasiyent preparatı xəstəliyin hansı mərhələsində qəbul etməyə başlayıb, xəstə həkimə nə vaxt müraciət edib, virus xəstənin orqanizmində hansı surətlə yayılır. Bəzilərində immun sistemi güclü olduğuna görə pnevmoniya daha ləng inkişaf edir, digərilərində isə 2-3 günün ərzində inkişaf nöqtəsinə çatır – belə şəxslərin sağlıq durumunun müsbətə doğru dəyişməsində daha çox zaman tələb olunur”. 

Şöbə müdiri preparatın əks göstərişlərinin müşahidə edilmədiyini deyib. Bildirib ki, preparatın yaxın zamanda apteklərdə satışı nəzərdə tutulmur, ancaq tibb ocaqlarına göndərilməsi məsələsi gündəmdədir. Anton Potapenko Yaponiya və Amerikada analoji tədqiqatların aparıldığını deyib. 

P.S. Xatırladaq ki, Türkiyə həkimləri də koronavirusa qarşı effektli “Favocovir” dərmanı hazırladıqlarını açıqlayıblar. Lakin hər iki halda söhbət vaksindən getmir.  

E.MƏMMƏDƏLİYEV

Check Also

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı yeni məhkəmə qalmaqalı

 Orxan İsmayılzadənin milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakı məlum olub SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl …