Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiyada qəza enişi edən helikopter tapılıb, ölən var

Rusiyanın Udmurtiya Respublikasında qəza enişi edən helikopter tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib.

“Xilasedicilər qəza enişi edən və göyərtəsində iki nəfərin olduğu helikopteri aşkar ediblər. Təəssüf ki, ekipaj üzvlərindən biri həlak olub. Digər şəxsə hazırda bütün lazımi köməklik göstərilir”, – deyə Aleksandr Breçalov vurğulayıb.

Qeyd edək ki, hadisə ötən gün Bakı vaxtı ilə saat 15:00 radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində qeydə alınıb. Helikopter neft kəmərinə baxış keçirirdi.

Yazıya Bax

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …