İyunun 7-də A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyində XX əsr Azərbaycan rəssamlarının yaradıcılığına həsr olunmuş “Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılış mərasimi keçiriləcək.
Boyukmillet.com xəbər verir ki, sərgidə Radişev muzeyinin, Mərcani Fondunun və Mixail Arefyevin kolleksiyasına daxil olan rəsm əsərləri, qrafika və xalçalar nümayiş olunacaq.
Ekspozisiyaya 33 azərbaycanlı rəssamın, o cümlədən Səttar Bəhlulzadənin, Nadir Əbdülrəhmanovun, Mikayıl Abdullayevin, Tofiq Cavadovun, Mirnadir Zeynalovun, Toğrul Nərimanbəyovun, Rasim Babayevin, Qəyyur Yunusun və digərlərinin 100-dən çox əsəri daxil edilib.