Bazar , 29 Dekabr 2024
Drone Cameras

“Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını qorumağa böyük ehtiyac var” – Azay Quliyev Moskvadan səsləndi

“Azərbaycan və Rusiyanın ictimai sektorları arasında münasibətlərin səviyyəsi bizi qane etmir”.

Bunu Rusiya İctimai Palatası rəhbərliyi ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O, Rusiya İctimai Palatasının katibi Valeri Fadeyevin dəvəti ilə Moskvaya səfərə gəldiklərini söyləyib: “Bugünkü görüşün məqsədi iki qurum arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Azərbaycanla Rusiya arasında isti münasibətlər mövcuddur. Hər iki ölkə bir-birini strateji tərəfdaş adlandırır. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanda da çoxlu sayda rus var”.

A. Quliyev dövlətlər arasında münasibətlərin səviyyəsinin yüksək olmasına baxmayaraq, iki ölkə arasında ictimaiyyətlərarası münasibətlərin yüksək səviyyədə olmadığını vurğulayıb: “Azərbaycan və Rusiya QHT-lərinin birgə əməkdaşlıq etməsi üçün çox böyük potensialı var. Bu əməkdaşlığı təmin etmək üçün bu gün Rusiya İctimai Palatası ilə görüş keçirdik. Gələcək fəaliyyəti özündə əks etdirən bir çərçivə sənədi üzərində işləyirik. Bu, birgə əməkdaşlıq və işbirliyi haqqında anlaşma Memorandumudur. Bildiyiniz kimi, sonuncu dəfə 2013-cü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya İctimai Palatası arasında belə Memorandum imzalanmışdı. Lakin həmin sənədin vaxtı bitib. Onu yeniləmək lazımdır. Burada çox maraqlı və məhsuldar müzakirələrimiz oldu. Demək olar ki, bütün məsələlərdə vahid mövqe nümayiş etdirdik. Bəzi həssas məsələlərdə ümumi yanaşma yoxdur. Lakin ümid edirəm ki, bizim sonrakı dialoqumuz imkan verəcək ki, bütün məsələlər üzrə ümumi razılığa gələk. Dörd istiqamətdə işçi qrupların yaradılması haqqında razılıq əldə etdik. Bu qruplar əsasən gənclər və tələbələrin fəaliyyətini əhatə edən, təhsil-elm və mədəniyyət sahəsində əməkdaşlıq sahəsində, insan hüquqlarının qorunması, miqrasiya məsələləri və ictimai nəzarət, birgə tədbirlərin və mübadilə proqramlarının təşkili üzrə işçi qruplarıdır”.

A. Quliyev miqrasiya məsələləri və insan hüquqlarının qorunması ilə bağlı işçi qrupun yaradılmasının önəmini də qeyd edib: “Bildiyiniz kimi, Rusiyada həm Rusiya vətəndaşı, həm də Azərbaycan vətəndaşı olan azərbaycanlılar yaşayırlar. Onların hüquqlarını qorumağa böyük ehtiyac var. Bununla bağlı çoxlu sayda məsələlər gündəmə gəlir. Bu gün İctimai Palata və Rusiyanın digər QHT-ləri bu məsələlərlə bağlı çox böyük işlər görə bilər. Bizim üçün bu, həyati əhəmiyyətli məsələdir. Ona görə də birgə işçi qrupu yaratdıq. Bu işçi qrupu əsas vəzifəsi bu sahədə olan problemləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı  addımlar atmaqdan ibarətdir”.

A. Quliyev İctimai Palata rəhbərliyini Azərbaycana səfər dəvət etdiklərini də söyləyib. (turkustan.info)

   

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir