Cümə , 13 Mart 2026
Drone Cameras

Rusiyadan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA


Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə Azərbaycan səfirliyinin binasında yaranan zədələrin Ukraynanın hava hücumundan müdafiə sisteminin səhv işləməsi nəticəsində baş verdiyini bəyan edib.

Boyukmillet.com-un məlumatına görə nazirlik iddia edir ki, səfirliyə zərərin Rusiya tərəfindən atılan raketlərlə məqsədli şəkildə vurulması barədə deyilənlər həqiqətə uyğun deyil.

Rusiya XİN-in bəyanatında qeyd olunur:

  • Azərbaycan səfirliyinin ərazisinə ziyan “Ukraynanın PVO sisteminin düzgün işləməməsi” səbəbindən dəyib;
  • Rusiya tərəfindən Azərbaycan obyektlərinə qarşı hər hansı hədəfli hücum iddiaları “reallıqla əlaqəsi olmayan iddialardır”.

Moskva hadisə ilə bağlı səmimi təəssüfünü ifadə edib və insidentin qarşısının alınması üçün bütün lazımi diplomatik kanalların işə salındığını vurğulayıb.

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycannın Moskvadakı səfiri Rəhman Mustafayev arasında görüş keçirilib. Tərəflər hadisəni müzakirə edib və əlavə təhlillərin aparılacağı bildirilib.

Check Also

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi …