Gələn ilin 1-ci rübündə rusiyalilar ölkədə istehsal edilmiş vaksinləri vurdurmaq üçün özləri seçim edəcəklər.
Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova deyib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“İndi ölkə istehsalı 2-ci vaksin 30 min doza olmaqla, vətəndaşlar üçün dövriyyədədir. Yeni vaksinlər yarandığı halda rusiyalılar yenə də özləri seçim etmək hüququna malikdirlər”,-deyə Baş nazirin müavini vurğulayıb.
Qeyd edək ki, indi Rusiyada ölkə istehsalı olan “Sputnik V” və “EpiVakKorona”adlı iki vaksin qeydiyyatdan keçib.
Bütün bunlara baxmayaraq, “Superdob”portalının keçirdiyi sorğu hər şeyin əksini göstərib. Belə ki, hər 3 rusiyalıdan biri peyvənd etdirmək fikrindədir. Sorğu edilənlərin əksəriyyəti, yəni 70 faiz rusiyalı isə ,ümumiyyətlə, peyvənd etdirmək istəmir. Yalnız 45 yaşdan yuxarı, yəni 13 faiz rusiyalı birmənalı olaraq peyvənd etdirəcəyini bildirib.
Qeyd edək ki, peyvənd etdirmək istəyənlərin içərisində kişilər üstünlük təşkil edib.