Bazar , 4 Oktyabr 2026
Drone Cameras

“Savaşı dayandırmağın bir yolu torpaqları qaytarmaq idi” – Paşinyan müxalifətə cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin ittihamlarına cavab verib.

Boyukmillet.com  Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində paylaşım edib.

O, müxalifətin tez-tez elastik siyasət yürüdüləcəyi halda müharibədən qaçmağın mümkün olduğu barədə danışmasını qəbul etməyib.

“Bizi ittiham edənlər niyə elastik siyasətlə 2016-cı ilin aprelində savaşı önləyə bilmədilər?.. Savaşı önləməyin bir yolu vardı: Torpaqları qaytarmaq!.. Bizi satqınlıqda suçlayanlar da var. Bizim 2 ildən bəri bir günahımız var. O da illərlə xalqdan soyulmuş pulları soyğunçulardan geri almamaq və bu pulla müharibəyə hazırlaşmamaq“, – deyə Nikol Paşinyan əlavə edib.  

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …