Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 16-dək uzadıb.

Boyukmillet.com “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

Check Also

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə …