Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.

Boyukmillet.com xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün “Telegram” kanalında məlumat paylaşıb.

O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.

“Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb”, – Kliçko yazıb.

O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.

Xatırladaq ki, yanvarın 20-də Rusiya qüvvələrinin atəşi nəticəsində Kiyevdə 5600-dən çox çoxmərtəbəli bina istiliksiz qalıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …