Cümə , 12 Dekabr 2025
Drone Cameras

Rusiyanın Ukraynadakı itkiləri 142 860-a çatıb

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, son sutkada Rusiyanın 590 hərbçi məhv edilib.

Qeyd olunub ki, bundan başqa Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 310 tank, 6 545 zirehli maşın, 2 016 operativ-taktiki PUA, 469 reaktiv yaylım atəşi sistemi, 2 327 artilleriya sistemi, 243 hava hücumundan müdafiə sistemi, 298 təyyarə, 287 helikopter, 5 196 avtomobil və tanker, 224 xüsusi texnikadan ibarətdir.

Check Also

Ermənilər Moskvada da Paşinyanı etirazla qarşıladılar

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 11-də Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təşkil olunmuş mitinqlə …