Cümə , 27 Mart 2026
Drone Cameras

Ruslar “Laçın” postunda bayrağımızın asıldığı dirəyi aşırdı

Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, 15 iyunda Ermənistan hərbi birləşmələri Azərbaycan bayrağının ucaldılması zamanı təxribata əl atmış, əsgərlərimizi atəşə tutmuş, nəticədə DSX-nin bir hərbçisi yaralanmışdı. Daha sonra Azərbaycan bayrağı rus sülhməramlıların müşayiəti ilə qaldırılarkən, növbəti dəfə DSX hərbçiləri və rus sülhməramlılar atəşə tutulmuşdular.

Daha sonra Ordumuz hərbçilərimizə atəş açılan nöqtələri məhv etmişdi.

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …