Şənbə , 28 Mart 2026
Drone Cameras

Səfər Mehdiyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyun ayının 20-də, saat 11:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küç. 213) Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, qəbulda yalnız gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək.

Məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və yaxud Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …