Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Səfir: Macarıstan Azərbaycan-Aİ “yaşıl enerji” dəhlizinə böyük əhəmiyyət verir

Macarıstan Azərbaycan-Avropa İttifaqı (Aİ) “yaşıl enerji” dəhlizinə böyük əhəmiyyət verir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib.

“Yaşıl dəhliz” yeni nailiyyətdir. Bu, Cənubi Qafqazı və Avropanı birləşdirir və buna görə də həm Azərbaycana, həm də Macarıstana fayda verir”, – o deyib.

Səfirin sözlərinə görə, hazırda bir çox Avropa ölkələrinin əsas məqsədi enerji sektorunun şaxələndirilməsi, həmçinin davamlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verməkdir:

“Bu mənada “yaşıl enerji” dəhlizi bütün bu məqsədlərə nail olmağa kömək edəcək”.

Check Also

Azərbaycan neftinin qiyməti heyrətləndirdi

Son günlər dünya bazarlarında müşahidə olunan kəskin bahalaşmadan sonra Azərbaycan neftinin qiymətində müəyyən geriləmə qeydə …