Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Səfir: “Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır”

“Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Macarıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman sentyabrın 19-da Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir:

“Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …