Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Səfirlik: Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır

Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Vurğulanıb ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün tarixi bir razılaşma üzrə danışıqlar aparıb:

“Həmin gün ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu (MOU) imzalandı. Bu sənəd ABŞ və Azərbaycan arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına xidmət edəcək. Bu hadisə ölkələrimiz arasında iqtisadi və kommersiya əməkdaşlığının yeni bir mərhələsinin başlanğıcını göstərir”.

Qeyd edək ki, ABŞ biznes nümayəndə heyətinin sentyabrın 7-9-da Azərbaycana səfəri planlaşdırılır.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …