Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir – JEM-dən yeni layihə

Jurnalist Ekspert Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb. 

“Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” adlanan layihə çərçivəsində internet televiziyası olan Missiya TV-də verilişlər yayımalanacaq. 

Sentyabrın 1-dən başlayaraq iki ay müddətində həftədə bir dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu olacaq. Verilişlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, YAŞAT Fondunun, şəhid ailələrinin, ictimai təşkilatların nümayəndələri, qazilər iştirak edəcək. 

Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumatın verilmək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

Baki-xeber.com. 

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …