Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Şəhid ailəsini təhqir etdirən Samir Əhmədova cinayət işi açıldı.

Gürcüstanda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, “Marneuli İRS” MMC şirkətinin direktoru Samir Sabir oğlu Əhmədov və digər bir neçə Gürcüstan vətəndaşı barəsində Gürcüstan Cinayət Məcəlləsinin 151-1-ci maddəsinin “a” bəndi üzrə cinayət işi başladıb. Bu cinayət işi üzrə istintaqa prosessual rəhbərliyi Gürcüstan Baş prokurorluğu həyata keçirir. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Cinayəti törədən Samir Əhmədov və digər şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir.

Samir Sabir oğlu Əhmədov Azərbaycan Respublikası vətəndaşıdır və 2013-cü ildən Gürcüstanda sahibkarlıq fəaliyyəti ilə məşğul. Həmçinin əsaslı şübhələr var ki, Samir Əhmədov Türkiyədəki və Avropadakı kriminal qruplaşmalarla əməkdaşlıq edir və böyük ehtimal var ki, Azərbaycandan gətirilən “qara pulların” Gürcüstanda leqallaşdırılmasını həyata keçirir.

Samir Əhmədov və digər şəxslər barəsində açılmış cinayət işinin istintaqı Gürcüstan Baş Naziri Administrasiyasının və Gürcüstan Parlamenti İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin nəzarətindədir. Gürcüstan Parlamentinin Təhlükəsizlik Komitəsi məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Naziri Qela Qeladzeyə hətta məktub da göndərib və hesabat tələb edib.

Şuşa şəhidi Rövşən Allahverən oğlu Xəlilov 1992-ci ildə Daşaltı Əməliyyatı zamanı qəhrəmancasına həlak olub. Nəşi tapılmayıb. Atasının arzusu əsasında Gürcüstanın Marneuli rayonu Qaçağan kəndində rəmzi qəbri düzəldilib. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, 2020-ci ildən bu yana bir dəfə olsun Şuşa şəhidi Rövşən Xəlilovun rəmzi qəbrini ziyarət etməyib, onun yaxınları ilə maraqlanmayıb.

Boyukmillet.com

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …