Cümə , 13 Mart 2026
Drone Cameras

Şəhid anası ona verilən 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı

Azərbaycanda şəhid ailəsi dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini, şəhid Zülfüqarov Məlik Kamran oğlunun ailəsinə 10 min manat məbləğində birdəfəlik yardım ayrılıb.

Şəhidin anası həmin vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb

Qeyd edək ki, 19 yaşlı M.Zülfüqarov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Check Also

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi …