Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qazaxda dəfn olunub.
Boyukmillet.com xəbər verir ki, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, Azər Mustafa oğlu Məmmədovla Qazax rayon Kəmərli kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Şəhid Kəmərli kənd Qəbristanlığında olan Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!
