Çərşənbə , 14 May 2025
Drone Cameras

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.

Boyukmillet.com Report”un Qərb bürosuna istinadən xəbər verir ki, onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir.

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …