Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Şəhid Orxan Yusubovla vida mərasimi başlayıb

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, nəşi ailəsinə təhvil verilən şəhidlə vida mərasimi başlayıb

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə anadan olub. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin düşmüşdü.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …