İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi(İSBAM) “Yevlax Gənclər Evi” SXM ilə birgə Şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum günü münasibəti ilə anım tədbiri keçirib.




Boyukmillet.com xəbər verir ki, Yevlax rayon Şəhidlər Xiyabanında Şəhid Soltan Məmmədovun məzarı ziyarət edilmiş,məzarı üstünə gül çələngi qoyulmuş,dualar edilmişdir.

Şəhidlər Xiyabanında rayon ictimaiyyətinin nümayəndələri,Şəhidin ailə üzvləri və media təmsilçiləri iştirak etmişlər. Daha sonra Şəhidin ailəsi ziyarət edilmiş,onlara baş sağlığı verilmişdir.



İSBAM sədri Samir Adıgözəlli və “Yevlax Gənclər Evi”- nin direktoru Elgün Əzizov anım tədbirində iştirak edərək şəhidin keçdiyi şərəfli yol haqqında danışmışlar.