Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şəhid qardaşı etiraz edir…

Şəhid Toğrul Məmmədovun qardaşı, Üzeyir Məmmədov laqeyidlikdən gileylənərək, müraciət edib.

Boyukmillet.com sözügedən müraciəti təqdim edir:

Mən Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov.

Şəhid qardaşım haqqında Sizə qısa məlumat vermək istəyirəm. Toğrul 2016-cı ildə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. 2010-cu ildə Ağdamda xidmətə başlayıb, 5 il ön cəbhədə xidmət etdikdən sonra, Bakıda yerləşən hərbi hissəyə xidmət rəyisi təyin olunub.

Qısa müddət sonra öz istəyi ilə, Ağdamda xidmət etdiyi hərbi hissəyə geri dönüb, baxmayaraq ki, himayəsində özündən kiçik bacı və qardaşı var hər zaman ön cəbhədə xidmət etməyi düşünüb. Toğrul 2014-cü ildə Avqust döyüşlərində və 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib.

Hər zaman düşmənə qan udduran, ordumuzun yetişdirdi ən peşəkar zabitlərdən olub. Şəhid olduğu zaman ilk öncə düşmən Toğrulun əsgərini Toğrul zən edib snayper atəşi ilə vurub. Yaxınlıqda olan Toğrul, şəxsi heyətin təhlükəsiz yerə keçirilməsini təmin edib və yaralı əsgəri atəş mövqeyindən özü çıxarıb və son sözüdə “Əsgərləri qoruyun” olub.

Toğrul əsgərinin vurulmasını qəbul etməyərək, böyük bir fədakarlıq göstərərək tək başına düşmən üzərinə gedib Şəhidlik zirvəsinə ucalmışdır. Toğrul Ağdam rayonunda mühəndis qoşunlarının işinin təşkilində və düşmən arxasında kəşfiyyat əməliyyatlarında iştirak edən, ön cəbhədə kifayət qədər tanınmış zabit olub. Hər kəs onu ürəkli, qorxmaz bir komandir kimi xatırlayır.

Ölkə prezidenti Ali Baş komandan cənab İlham Əliyevin, Şəhid ailələrinə və Qazilərə göstərdiyi diqqət və qayğıya bəzi orqanlarda fəaliyyət göstərən şəxslərin məsuliyyətsizliyi ucbatından kölgə salınır. Mən buna baxmayaraq ölkəmizin apardığı siyasətə və nüfuzuna xələl gəlməməsi üçün, müraciətimi rəsmi üsullarla etmişəm, heç bir zaman ictimaiyətə bu barədə müraciətim olmayıb.

Artıq qardaşımın Şəhid olmağından yeddi il keçib. Hər iki valideynini itirən, bu qədər xidmətləri olan və şəhidlik zirvəsinə ucalarkən böyük bir fədakarlıq, qəhrəmanlıq göstərən bir şəhidin haqqı olan orden və medallar yenə verilmədi. Bununla bağlı Müdafiə Nazirliyinə bugünə kimi çoxsaylı yazlı müraciətlərim və eyni zamanda şəxsi görüşüm olmuşdur. Toğrul Məmmədovun haqqı olan orden və medalın veriləcəyi deyilsə də bu günə qədər verilməyib.

Eyni zamanda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrə) yas mərasimlərinin təşkili üçün verilən maliyyə yardımı bugünə kimi Şəhidin ailəsinə təqdim edilməyib. Maraqlısı odur ki 2016-cı ildə qardaşımdan əvvəl şəhid olanlara və sonrakı dövrdə şəhid olanlara bu ödəniş adiyyatı üzrə təqdim olunmuşdur.

Bu ayrı seçkiliyin səbəbi hər bir Şəhidini sevən şəxsə maraqlıdır.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …