Cümə , 26 Aprel 2024
Drone Cameras

Səhiyyə Nazirliyi maska çatışmazlığına görə bu qurumu ittiham etdi

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi maskaya tələbatı artıb. Bununla əlaqədar vətəndaşlar apteklərdə maska və tibbi spirti tapmaqda çətinlik çəkir.

Boyukmillet.com xəbər verir: Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov tibbi maskaların çatışmazlığına görə İqtisadiyyat Nazirliyini və sahibkarları ittiham edib:

“Maskaları Səhiyyə Nazirliyi deyil, sahibkarlar gətirir. Nazirlik yalnız ölkəmizə gətirilən dərman preparatlarının keyfiyyətini yoxlayır. Xahiş edirəm, depolara zəng edib soruşun ki, niyə apteklərə maska gətirmirsiniz? Və yaxud da niyə ölkəyə tibbi maska gətirmirsiniz?

Gətirirsinizsə, qiyməti neçəyədir? Qiymətlərlə bağlı narahatlıq varsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlasınlar”. 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …