Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Səhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə

Şəxsiyyət vəsiqəsi

Diplom

İnternatura vəsiqəsi

Sertifikat

Əmək kitabçası

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …