“Vətən müharibəsində iştirak edən qazilər adətən özlərinə qapalı və əsəbi olurlar. Təəssüf ki, sonradan etdiklərini xatırlamırlar. Bunun təsiri ilə də onlarda depressiv əlamətlər meydana çıxır”.
Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova deyib.
Nazirlik rəsmisi bildirib ki, posttravmatik stress pozğunluğu müalicə olunur:
“Hər kəsin yanaşı travmaları var, gecikdirilən müalicə sonradan başqa problemlər yaradır. Bir çoxları dərman müalicəsindən yuxu və asılılıq səbəbindən imtina edir. Sağlamlıqlarına yan təsir etməməsi üçün diqqətlə dərman müalicəsi təyin edilir. Yan təsirlər barədə də məlumatlar verilir ki, dərman müalicəsi bitəndən müəyyən dövrdən sonra yan təsirlər də yoxa çıxmış olacaq”.
O qeyd edib ki, dərman müalicəsi minimum 3-6 ay davam edir:
“Müalicənin effektini dərmanın qəbulundakı ilk 10 gündə görmək olur. Mənfi halların geri qayıtmaması üçün müalicə davamlı şəkildə getməlidir. Seanslar qazilərin travmasından asılı olaraq ortalama terapiya müddətini təyin etmək olar. Qazinin müalicəsi stasionar qaydada aparılması travmanın ağırlıq dərəcəsindən asılıdır. Yaxınları qazilərin həssas olduğunu nəzərə almalıdır. Onları yüksək və qəfil səsdən, aqressiv münasibətdən qorumaq lazımdır. Hamı aqressiv ola bilər, amma qazilərin vəziyyəti fərqlidir. Dərmanlar effektini göstərməyə başlayanda onsuz da əvvəlki həyatlarına qayıtmış olacaqlar”.