Şənbə , 20 Aprel 2024
Drone Cameras

Sənan Süleymanov: “Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir”

“Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir”.

Boyukmillet.com bildirir ki bunu İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: “Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz”.

S.Süleymanov növbəti hədəfinin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq olduğunu söyləyib: “Federasiya rəhbərliyi razı olsa, lisenziya yarışlarına qatılmaq istəyirəm. Olimpiadada bu nəticəni təkrarlamaq niyyətindəyəm”.

Təsnifat mərhələsində erməni əsilli Aik Mnatsakanyanı (Bolqarıstan) 5:3, yarımfinalda isə Ermənistan təmsilçisi Karapet Çalyanı 3:0 hesabı ilə üstələyən güləşçi həmin görüşlər barədə təəssüratlarını bölüşüb: “Qarşılaşmalara erməni olduqları üçün məğlub olmaq fikri ilə çıxmamışdım. Məndə ikiqat məsuliyyət var idi. Onlara qalib gəldim. Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir”.

Check Also

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb 

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada …