Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Şərq Tərəfdaşlığı” sammitinin tarixi açıqlanıb

“Şərq Tərəfdaşlığı” sammitinin 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat yayıb.

Məlumata görə, sammitinin keçirilməsinə hazırlıq kontekstində Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək üçün Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr ŞallenberqQabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaza səfər edəcəklər.

XİN başçıları Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi/Avropa Komissiyası sədrinin müavini Cozep Borrellin tapşırığına əsasən, iyunun 25-26-da bölgəyə səfər edəcəklər. Onların Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə görüşü planlaşdırılır.

Nazirlərin Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə görüşü planlaşdırılır.

XİN başçıları səfərin sonunda, iyunun 26-da Aİ-nin Tblisindəki nümayəndəliyində mətbuat konfransı keçirəcəklər.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …