Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Sərt karantin rejiminə nəzarət gücləndirildi – VİDEO

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu rayonların sırasına Salyan da əlavə olunub. Rayonda giriş-çıxışa məhdudiyyətlər qoyulub.

Boyukmillet.com Baku TV-yə istinadən xəbər verir ki, polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə nəzarət postlarında sürücülərin və sərnişinlərin icazə sənədlərini yoxlayır, icazəsi olmayanlar isə geri qaytarılır. 

Bununla yanaşı, rayonda iri ticarət obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Rayonda digər bölgələrlə müqayisədə koronavirusa yoluxma hallarının artması Salyanın Bakı-Astara magistral yolunun üstündə olması ilə əlaqələndirilir.

Əlbəttə, bunun digər səbəbləri də var. Rayonda koronavirus pandemiyasına qarşı lazımi tədbirlər görülməsinə baxmayaraq, bəzi sakinlərin karantin rejimi qaydalarına laqeydliyi virusun artmasına gətirib çıxarıb.

Hazırda rayonda sərtləşdirilimiş karantin rejiminə əməl olunmaqla yanaşı, virusun geniş yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirilir.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …