Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Səudiyyəni Bəhreynlə birləşdirən körpü BAĞLANDI – İrandan HÜCUM TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib.

Boyukmillet.com  xəbər verir ki, bu addım ABŞ-nin İranın infrastrukturuna zərbələr endirmə təhdidləri və rəsmi Tehranın mümkün cavab reaksiyası ilə bağlı yaranan narahatlıqlar fonunda atılıb.

Qeyd edək ki, Kral Fəhd körpüsü Əl-Xubar şəhərini ada dövləti olan Bəhreynlə birləşdirən mürəkkəb körpülər və bəndlər kompleksidir.

Strateji əhəmiyyətli bu tikili Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Əl Səudun şərəfinə adlandırılıb.

Regionda gərginliyin artması fonunda körpünün fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi qiymətləndirilir.

Check Also

KİV: Britaniya Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı 40 ölkənin hərbçiləri ilə görüş keçirəcək

Böyük Britaniya çərşənbə axşamı, 7 apreldə Hörmüz boğazında hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizliyin təminatı variantlarını …