Bazar , 25 Oktyabr 2026
Drone Cameras

”S-400-lə bağlı bunu söyləyənlər şəxsiyyətsizdir” – Baxçalı

S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər cahildir.

boyukmillet.com xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, S-400-ün Türkiyəyə gətirilməsindən yalnız ölkəsini sevməyən şəxslərin narahat olduğunu söyləyib:

“Milli təhlükəsizliyimiz və mənfəətlərimiz nəyi tələb edirsə, onu da edəcəyik. S-400-ə FETÖ-çü alçaqlar, PKK-çı canilər, qlobal güclər, CHP, İP, HDP qarşıdır, yəni zillət ölkənin müdafiəsindən narahatdır. Onlar nə deyirsə desin, S-400 ölkəmizə gətirilib. S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər tək kəlmə ilə cahildir, şəxsiyyətsizdir, köksüzdür”.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …