Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Saakaşvili Gürcüstanın Baş naziri vəzifəsinə rəsmən namizəd oldu: “O, ölkəyə qayıtmalı və xalq görüşməlidir”

Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalq görüşməlidir: “Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.

Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı bu gün Gürcüstana qayıdış planı barədə ətraflı məlumat təqdim edəcək.    

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …